Türkiyənin jandarm qüvvələri "Eren-13" əməliyyatları çərçivəsində daha dörd terrorçunu məhv edib.
Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, onlardan biri "Herdem Amed" kod adlı Veysel Akkuşdur.
Siirt şəhərində zərərsizləşdirilən V.Akkuş xüsusi təhlükəli cinayətkar kimi "İnterpol" xətti ilə bağlı axtarışda olub.
Türkiyənin hüquq-mühafizə orqanlarının məlumatına görə, o, 2004-cü ildən bəri müxtəlif terror aktlarında iştirak edib.