Türkiyə İstanbul Konvensiyasından çıxma qərarının qadına qarşı zorakılıqla mübarizədən güzəştə gedəcəyi şəkildə yozulmamasının vacibliyini bildirib.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Avropa Şurasının qadınlara münasibətdə zorakılığa və ailədə zorakılıqla mübarizəyə dair İstanbul Konvensiyasından çıxmasına dair beynəlxalq qiymətləndirmələrlə əlaqədar bəyanat verib.
Bəyanatda bu ifadələr yer alıb:
"Türkiyə Cümhuriyyəti haqlarının inkişafında, sosial rolun gücləndirilməsində və zorakılığa qarşı qorunmasında daimi olaraq qadının yanında olmuşdur. İstanbul Konvensiyası qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında hazırlanmış bir müqavilədir, lakin məzmundakı ünsürlər və müxtəlif tətbiqlər ictimaiyyətdə həssaslıq yaratdı və ictimai rəydə tənqidlərə səbəb oldu. Əslində, Avropa Şurası daxilində də bir çox ölkədə müqaviləyə dair müzakirələr var və konvensiyanı imzalayan bəzi ölkələr onu təsdiqləməkdən imtina etdi.
Türkiyə Cümhuriyyətinin İstanbul Konvensiyasından çıxma qərarı qadına qarşı zorakılıqla mübarizədən güzəştə gedəcəyi mənasını daşımır, belə yozulmamalıdır. Türkiyə Cümhuriyyətinin milli qanunvericiliyində qadın hüquqları ən inkişaf etmiş normalarla qorunur. Ölkəmiz qadın hüquqlarını gücləndirmək və qadına qarşı zorakılığa qarşı mübarizəni daha təsirli şəkildə davam etdirmək üçün əlaqədar qurum və təşkilatlarla birlikdə bütün lazımi tədbirləri görməyə davam edəcəkdir".