Türkiyə İraqın şimalında bir hərbiçisini itirdi

Türkiyə İraqın şimalında bir hərbiçisini itirdi

İraqın şimalındakı Beşika hәrbi bazasına edilәn hücum zamanı bir Türkiyə ordusunun әsgәri şәhid olub.

Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn mәlumata görә, dünәn Beşika hәrbi bazasına hücum tәşkil edilib.

Hücum zamanı atılan raket mәrmilәrinin biri hәrbi bazaya, ikisi dә kәndә düşüb. Hücum nәticәsindә bir әsgәr şәhid olub, kәnddәki bir uşaq da yaralanıb. Mәlumatda hücumdan sonra bölgәdә tәhlükәsizlik tәdbirlәrinin güclәndirildiyi bildirilib.

‘‘Qәhraman şәhidimizә Allahdan rәhmәt, ailәsinә ilә Türkiyә Silahlı Qüvvәlәrinә başsağlığı vә sәbir, xәsarәt alan uşağa şәfa dilәyirik’’,deyә Milli Müdafiә Nazirliyindәn verilәn bәyanatda vurğulanıb.

Xəbəri paylaş

VİDEOLAR