Türkiyə İraqın şimalında 2 PKK-nı məhv etdi

Türkiyə İraqın şimalında 2 PKK-nı məhv etdi

Türkiyə Milli Müdafiə Nazirliyinin “twitter” hesabında bu haqda məlumat verildi

 Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, İraqın şimal hissəsindəki Zap və Avasin Basyan bölgələrində aşkarlanan separatçı terror təşkilatı PKK-nın 2 üzvü Türkiyə Silahlı Qüvvələrinin hava əməliyyatları ilə zərərsizləşdirildi.

  Türkiyə Milli Müdafiə Nazirliyinin “twitter” hesabında yazılana görə, terror təşkilatı PKK-ya qarşı əməliyyatlar qətiyyətlə davam edir. Bu çərçivədə kəşfiyyat və nəzarət vasitəsilə İraqın şimalındakı Zap və Avasin Basyan bölgələrində 2 PKK terrorçusu aşkarlanıb. Terrorçular hava əməliyyatları ilə zərərsizləşdirilib.

  Qeyd edək ki, ölkənin daxili işlər naziri Süleyman Soylu ölkədə uğurla həyata keçirilən terrorla mübarizə ilə bağlı qətiyyət mesajı verib və bildirib ki, 2020-ci başlanandan bu ana qədər Cudi, Qabar, Besta, Kel Mehmet və Kato bölgələrində separatçı terror təşkilatı PKK-nın 134 terrorçusu zərərsizləşdirilib.

Xəbəri paylaş

VİDEOLAR