Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi, İraqda yeni tip koronavirusa (Covid-19) yoluxmuş xəstələrin müalicə olunduqları xəstəxanada baş verən yanğınla əlaqəli başsağlığı verib.
“12 İyuulda İraqın Zikar vilayətinin Nəsiriyyə şəhərindəki İmam Hüseyn Xəstəxanasında baş verən yanğında çox sayda xəstənin və yaxınlarının ölümünü kədərlə öyrəndik. Faciədə həyatını itirənlər üçün qardaşa ölkə xalqına və hökümətinə başsağlığı verir, yaralılara təcili şəfa arzulayırıq”, -deyə başsağlığı bəyanatında deyilir.