Türkiyə ilə ABŞ arasında siyasi məsləhətləşəmələr keçiriləcək

Türkiyə ilə ABŞ arasında siyasi məsləhətləşəmələr keçiriləcək

Türkiyə ilə ABŞ arasında Vaşinqtonda siyasi məsləhətləşəmələr keçiriləcək.

Rasthaber Azərbaycan APA-ya istinadlı xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında bildirilib.

Açıqlamada Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önalın rəhbərliyilə bir qrup heyətin sentyabrın 16-17-də Vaşinqtona gedəcəyi, Sedat Önalın ABŞ Dövlət Katibinin müavini Vendi Şerman və ABŞ-ın Siyasi Məsələlər üzrə müavini Victoria Nuland ilə görüşəcəyi qeyd olunub.

Səfər çərçivəsində keçiriləcək geniş tərkibli heyətlərarası görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, beynəlxalq sahədə baş verən hadisələr də müzakirə olunacaq.

 
 
 

Xəbəri paylaş

VİDEOLAR