Türkiyə hərbçisi Suriyada həlak oldu

Türkiyə hərbçisi Suriyada həlak oldu

Suriyada xidmət edən Türkiyə Silahlı Qüvvələrinin hərbçisi, çavuş Emre Ceylan həlak olub.

Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

28 yaşlı hərbçi Suriyanın “Bahar Qalxanı” bölgəsindən əməliyyatdan qayıdarkən uçurumdan yıxılaraq yaralanıb. Türkiyənin Hatay şəhərindəki xəstəxanaya yerləşdirilən E.Ceylanın həyatını xilas etmək mümkün olmayıb.

Xəbəri paylaş

VİDEOLAR