Türkiyə hərbçiləri Qarabağ üzrə Monitorinq Mərkəzində 1 il fəaliyyət göstərəcək

Türkiyə hərbçiləri Qarabağ üzrə Monitorinq Mərkəzində 1 il fəaliyyət göstərəcək

Türkiyə hərbçiləri Rusiya ilə birgə yaradılacaq Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzində 1 il fəaliyyət göstərəcək.

 Bu barədə “Anadolu” agentliyi Türkiyə Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“Hərbçilərimiz 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər”, - deyə məlumatda qeyd olunur.

Daha əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar bildirmişdi ki, Türkiyə yaxın vaxtlarda hərbçilərini Azərbaycana göndərməyə başlayacaq.

“Türkiyə hərbçiləri yaxın vaxtlarda Azərbaycana yola düşəcəklər. Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları hazırlığı başa çatdırıb”, - deyə o söyləyib.

Xəbəri paylaş

VİDEOLAR