Türkiyə hərbçiləri daha 18 ay Liviya və Əfqanıstanda qalacaq

Türkiyə hərbçiləri daha 18 ay Liviya və Əfqanıstanda qalacaq

Bununla bağlı sənəd TBMM-də qəbul edilib.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyə Prezident Administrasiyasından (Türkiyə Cümhurbaşqanlığı) Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərilən qanun layihəsində Türkiyə hərbi qüvvələrinin beynəlxalq hüquq və qanun tələbləri çərçivəsində Liviya və Əfqanıstanda daha 18 ay qalması nəzərdə tutulub. 

Bununla bağlı sənəd TBMM-də qəbul edilib.  

Bölgədə daimi atəşkəsin hələ də əldə edilə bilmədiyi vurğulanan Liviya sənədində Türkiyə daxil olmaqla  bütün bölgə ölkələri üçün risk və təhdidlərin davam etdiyi bildirilib.

Sənəddə ayrıca, Türkiyənin milli maraqları üçün hər hansı təhdid riskinə qarşı beynəlxalq hüquq çərçivəsində istənilən tədbir görülməsinin vacibliyi də vurğulanıb.

Liviya ilə əlaqəli sənədin qəbul edilməsilə Türkiyə hərbçiləri 2 yanvar 2021-ci ildən etibarən Liviyada daha 18 ay vəzəfə icra edəcək. 

Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilən Əfqanıstan İcazəsi ilə də Türk əsgərinin səlahiyyət müddəti 6 yanvar 2021-ci il tarixindən etibarən daha 18 ay uzadılıb.

Xəbəri paylaş

VİDEOLAR