Türkiyə Hindistandakı terror aktını pisləyib

Türkiyə Hindistandakı terror aktını pisləyib

Türkiyə Hindistandakı terror hücumunu qınadı.

Rasthaber xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin mövzuyla bağlı açıqlamasında bildirilib ki, Hindistanın Çhattisqarx əyalətində təhlükəsizlik qüvvələrinə istiqamətli terror aktı nəticəsində xeyli sayda hərbçinin həyatını itirdiyi və yaralandığı kədərlə öyrənilmişdir. Hücumda həyatını itirənlərin yaxınlarına başsağlığı verir və yaralananlara təcili şəfa diləyirik. Bu terror aktını qınayır, Hindistan hökuməti və xalqının kədərini bölüşür, səmimi qəlbən başsağlığı veririk.

Xatırladaq ki, Çhattisqarx Polis Bölməsinin müdiri Aşok Juneja srağa gün (3 aprel) Bijapur şəhərində təhlükəsizlik qüvvələrinin meşəlik sahədəki sığınacaq yerinə basqında Mao qruplaşması ilə toqquşma yarandığını bildirmişdi. 
Qarşıdurma əticəsində həyatını itirən əsgər sayının 22-yə yüksəldiyini ifadə edən Juneja, 32 əsgərin yaralandığını və 15 qiyamçının öldürüldüyünü söyləmişdi.

Xəbəri paylaş

VİDEOLAR