Türkiyə Hava Yolları 19 mayda uçuş həyata keçirəcək

Türkiyə Hava Yolları 19 mayda uçuş həyata keçirəcək

THY 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə xüsusi uçuş reallaşdıracaq.

  Rasthaber Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Hava Yolları (THY) 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə xüsusi uçuş reallaşdıracaq.

  THY Mətbuat Xidməti tərəfindən verilən məlumata görə, Qazi Mustafa Kamal Atatürkün milli qurtuluş mübarizəsinə başlamasından 101 il sonra - 2020-ci ilin 19 may tarixində İstanbuldan Samsuna uçuş TK1919 uçuş sayı ilə həyata keçəcək.

  Bayraq daşıyan aviaşirkətin bu tarixi səyahətinə evlərində qalmaqla qoşulmaq istəyənlər www.tarihiyolculuk.com ünvanından xatirə biletləri hazırlaya bilərlər. Yaradılan xatirə biletləri 16 may tarixindən "#TarihiYolculuk və # TK1919" etiketləri ilə sosial media hesablarında paylaşılacaq.

Xəbəri paylaş

VİDEOLAR