Terrorçulara məxsus 26,8 ton partlayıcı maddə ələ keçirilib.
Rasthaber Azərbaycan AA-ya istinadən xəbər verir ki, 2020-ci ildə Türkiyə təhlükəsizlik qüvvələri İŞİD terror təşkilatının 152 terror aktının qarşısını alıb.
Bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Onun sözlərinə görə, terrorçulara məxsus 26,8 ton partlayıcı maddə ələ keçirilib.
Xatırladaq ki, cari ayın əvvəlində İŞİD-in Türkiyədəki “əmiri” həbs edilib.