Avropa İttifaqı və Britaniya Türkiyənin Avropada sığınacaq axtaran əfqanıstanlı qaçqınların yerləşdirilməsi üçün bir mərkəz olmasını istəyir.
Rasthaber Azərbaycan voa-ya istinadən xəbər verir ki, Türkiyə bu çağırışı rədd edir.
Türkiyə hökuməti əfqanıstanlı qaçqınların yerləşdirilmə mərkəzinə çevrilməsi üçün Avropadan gələn çağırışları rədd edir. Hökumət sözçüsü Ömər Çelik bazar ertəsi günü bildirib ki, Türkiyə, Suriyadakı vətəndaş müharibəsindən təxminən beş milyona yaxın qaçqına ev sahibliyi edir və artığını qəbul edə bilməz.
Çelik Türkiyənin daha bir qaçqın belə qəbul etmək gücünün olmadığını deyir. O, Türkiyənin nə qaçqın düşərgəsi olduğunu, nə də bir keçid məntəqəsi olduğunu bildirib.