Bu sözləri Türkiyәnin Qüdsdәki Baş Konsulluğunun ticarәt attaşesi Sabahaddin Tarhan Nablus şәhәrindә deyib
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyәnin Qüdsdәki Baş Konsulluğunun ticarәt attaşesi Sabahaddin Tarhan Türkiyәnin Fәlәstin iqtisadiyyatına dәstәk vermәyә davam etdiyini bildirib.
Tarhan işğal altındakı İordan çayının qәrb sahilinin Nablus şәhәrindәki Nablus Sәnaye vә Ticarәt Palatasına baş çәkib.
Tarhan Türkiyәnin Fәlәstin iqtisadiyyatına dәstәk vermәyә davam etdiyini deyib.
Nablus Sәnaye vә Ticarәt Palatasının rәsmisi Ömәr Haşim dә iki ölkә arasındakı ticarәt hәcminin arttırılmasının iki tәrәfin dә faydasına olduğunu vurğulayıb.
Qeyd edәk ki, Türkiyә ilә Fәlәstin arasında 2004-cü ildә azad ticarәtә dair imzalanan saziş ilә iki ölkә arasındakı ticarәt hәcmi 657 milyon dollara çatıb.