Türkiyə Ermənistandakı çevriliş cəhdini pislədi

Türkiyə Ermənistandakı çevriliş cəhdini pislədi

"Harada olursa olsun, Türkiyə çevrilişlərə qarşıdır və Ermənistanda baş verənləri qətiyyətlə pisləyir".

Rasthaber Azərbaycan xəbər verir ki, bunu Macarıstanda səfərdə olan xarici işlər naziri Mövlud Çavuşoğlu bu ölkənin xarici ticarət naziri Peter Szijjarto ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.

Çavuşoğlu Türkiyə və Avropanın gündəmində olan müxtəlif mövzulara toxunduqlarını vurğulayıb və  ikitərəfli əlaqələri inkişaf etdirəcəklərini bildirib: "Afrika ilə də əməkdaşlığımızı gücləndirmək üçün cəhd edirik".

Çavuşoğlu Ermənistanda baş verənlərə toxunaraq, "Harada olursa olsun, Türkiyə çevrilişlərə qarşıdır və Ermənistanda baş verənləri qətiyyətlə pisləyir. Seçki nəticəsində vəzifə icra edən hökuməti istefaya çağırmaq qəbul edilə bilməz. Bölgədəki ölkələrlə də nə biləcəyimizdən danışırıq. Çevriliş təşəbbüsləri ölkənin sabitliyini pozan addımlardır. Türkiyənin bu mövqeyi prinsipial bir mövqedir, çevrilişə qarşıyıq" deyib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR