Hadisə Türkiyənin Siirt rayonu Pervari qəsəbəsinin Doğan kəndi bölgəsində baş verib
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyənin Siirt rayonu Pervari qəsəbəsinin Doğan kəndi bölgəsində icra edilən terror əməliyyatları zamanı ağır yaralanan Xüsusi Polis Hərəkatının iki əməkdaşı, bütün tibbi müdaxilələrə baxmayaraq dünyasını dəyişiblər.
Türkiyə Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir: "Siirt Rayon Jandarma Komandanlığı tərəfindən reallaşdırılan əməliyyat çərçivəsində 15 iyulda Değirmentaşı Təpə bölgəsində bölücü terror təşkilatı PKK-lılarla gərgin qarşıdurma yaranıb. Qarşıdurmada ikisi ağır olmaqla dörd Xüsusi Polis Hərəkatı əməkdaşı yaralanıb. Yaralı polislər vertolyotla bölgədən götürülərək Şırnak Hərbi Xəstəxanasına aparılıb. Ağır yaralanan iki polis məmuru xəstəxanada, bütün müdaxilələrə baxmayaraq, şəhid olub."