Türkiyə Çinə başsağlığı verib

Türkiyə Çinə başsağlığı verib

Türkiyə Çinin Henan əyalətində baş verən sel fəlakəti ilə əlaqədar başsağlığı mesajı yayımlayıb.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin bu barədəki açıqlamasında Çinin Henan əyalətində baş verən daşqın fəlakətində 25-dən çox insanın həyatını itirdiyi və çox sayda insanın bölgədən evakuasiya edildiyinin kədərlə öyrənildiyi qeyd edilib.

Açıqlamada "Həyatını itirənlərin yaxınlarına, Çin xalqına və hökumətinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirik" deyilib.

Xəbəri paylaş

VİDEOLAR