Türkiyə bu tarixdən geniş normallaşmaya start verir

Türkiyə bu tarixdən geniş normallaşmaya start verir

Yeni növ koronavirus (Covid-19) qarşı mübarizədə Türkiyə 1 iyulda tədricən normallaşma dövrünün üçüncü mərhələsinə qədəm qoyur.

Rasthaber Azərbaycan xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi tədricən normallaşmanın üçüncü mərhələsi ilə əlaqədar sərəncamı yayımladı, sərəncam 81 vilayət valiliyinə göndərilib.

Buna görə, komendant saatı və şəhərlərarası səyahət məhdudiyyətləri 1 iyul tarixindən etibarən sona çatacaq.

Tədbirlər çərçivəsində fəaliyyətlərini dayandıran bütün iş yerləri və kinoteatrlar 1 iyuldan etibarən yenidən açılacaqdır.

Kafe, restoran və digər yeməkxanalarda müştəri məhdudiyyəti qoyulmayacaq, qonaq evləri “Covid-19″la mübarizə tədbirləri çərçivəsində sosial məsafə, maska və gigiyenik qaydalara əməl olunmaq şərti ilə ənənəvi qaydada fəaliyyətinə başlayacaq. Nikah salonları, şadlıq evlərinin qapalı məkanlarında tətbiq olunan “Covid-19” tədbirləri xaric, qonaq sayında məhdudiyyət qoyulmayacaq, konsert salonları və festivalların fəaliyyətinə müəyyən edilmiş tədbirlər çərçivəsində icazə veriləcək.

Çayxana, kafe kimi yerlərdə oyun oynanılması ilə bağlı məhdudiyyətlərə də iyulun 1-dən son qoyulacaq. Parklar, bağçalar, düşərgələr, gəzinti, istirahət yerlərində tətbiq olunan məhdudiyyətlər də aradan qaldırılacaq. Bununla yanaşı, qəlyan salonları və qəlyan istifadə edilən kafelərin fəaliyyətinə verilən fasilə yeni qərar qəbul edilənə qədər qüvvədə olacaq, qəlyan xidməti göstərilməyəcək.

Banqladeş, Braziliya, Cənubi Afrika, Hindistan, Nepal və Şri-Lankadan Türkiyəyə gələn insanlar ilə son 14 gündə bu ölkələrdə olan insanlar üçün məcburi karantin tətbiqi ləğv edilir. Bu insanların Türkiyəyə girmədən ən az 72 saat əvvəl edilən mənfi bir PCR test hesabatı təqdim etmələri kifayət edəcəkdir.

Əfqanıstan və Pakistandan Türkiyəyə gələn və son 14 gündə bu ölkələrdə olan insanlar üçün məcburi karantin müddəti 10 günə endiriləcək. Karantinin 7-ci günü tətbiq olunan PCR testi mənfi olarsa, məcburi karantin tətbiqinə xitam veriləcəkdir. PCR testi müsbət olarsa Səhiyyə Nazirliyi “Covid-19” təlimatına uyğun hərəkət edəcəkdir.

 

Xəbəri paylaş

VİDEOLAR