Türkiyə bu ölkə ilə gələn ay uçuşlar həyata keçirmək istəyir

Türkiyə bu ölkə ilə gələn ay uçuşlar həyata keçirmək istəyir

Bu haqda Türkiyənin rəsmi TRT telekanalı məlumat yayıb

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Qazaxıstan sənaye və infrastruktur inkişaf naziri Beybut Atamkulov ilə  Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu iki ölkə arasında uçuşların bərpa edilməsi imkanlarını müzakirə ediblər. Nazirlər hər iki ölkədə əlverişli epidemioloji vəziyyət olduğu təqdirdə cari ilin iyun ayının üçüncü ongünlüyündə bütün lazımi sanitariya tədbirləri görərərək, sərnişinlər üçün rahat şəraitin yaradılmasını nəzərə almaqla uçuşların bərpa olunmasının mümkünlüyünü nəzərdən keçiriblər.

  Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca tranzit daşınmaları 2 dəfə artaraq 7,4 min konteyner təşkil edib.

  Hər iki ölkə arasında bu ilin birinci rübü üzrə dəmiryol daşımalarının 10 faiz artıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 239 min ton, avtomobil nəqliyyatı isə 42 faiz artaraq 65,2 min tona çatıb.

Xəbəri paylaş

VİDEOLAR