Ərdoğan 2 martdan başlayaraq idarəli normallaşmaya keçiləcəyini bəyan edib.
Rasthaber xəbər verir ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2 martdan başlayaraq idarəli normallaşmaya keçiləcəyini bəyan edib.
Epidemiya tədbirlərinin tətbiqindən təxminən bir il keçdiyini xatırladan Ərdoğan “Bütün şəhərlər 4 risk qrupuna ayrılıb. Bu kateqoriyalar hər həftə nəzərdən keçiriləcək. Tədbirlərdə xəstəliyin gedişatına görə, 2 həftədə bir yerli qaydalar müəyyən ediləcək”, -deyə əlavə edib.
Bu gündən aşağıdakı məhdudiyyətlər ləğv olunur:
- Həftə sonu küçəyəçıxma məhdudlaşdırması aşağı və orta riskli rayonlarda tamamilə ləğv olunur
- Yüksək və çox yüksək riskli rayonlarda bazar günü məhdudiyyəti qalacaq
- Ölkənin hər yerində olan 21.00-05.00 küçəyəçıxma qadağası davam edəcək.
- Bütün uşaq bağçaları, ibtidai və orta məktəblər, liseylər açılacaq.
- Aşağı və orta riskli rayonlarda məktəblər mərhələli şəkildə açılacaq.
- Yüksək və çox yüksək riskli rayonlarda yalnız liseylərdə imtahanlar üzbəüz keçiriləcək.
- Restoran, yeməkxana və kafelər, şirniyyat və çayxanalar çox yüksək riskli rayonlardan başqa, hər yerdə saat 07.00 – 21.00 arası məkanın adam həcminin 50 faizi qədər olmaqla çalışacaq.
- İdman meydançaları, hovuz və bənzər yerlər aşağı və orta riskli rayonlarda 09.00 – 19.00 arası fəaliyyət göstərəcək.
- Dövlət qurumları və ictimai idarələrdə iş normal vəziyyətə dönəcək.
- Küçəyəçıxma qadağası 65 yaş üstü və 20 yaş altı qrup vətəndaşlarında aşağı və orta riskli rayonlarda ləğv olunur
- Nigah mərasimləri və toylar aşağı və orta riskli rayonlarda 100, yüksək riskli rayonlarda 50 nəfərlik olmaqla keçiriləcək.
- İctimai-mədəni tədbirlər 300 nəfəri keçməyəcək şəkildə təşkil oluna biləcək.