Türkiyə bu gündən böyük normallaşmaya start verdi

Türkiyə bu gündən böyük normallaşmaya start verdi

Şəhər və şəhərlərarası bütün ictimai nəqliyyat vasitələrində tutum məhdudiyyətləri sona çatıb.

Rasthaber Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, Epidemiya İdarəetmə rəhbərliyinin açıqladığı təmizlik, maska və məsafə başda olmaqla bütün tədbir və prinsiplərə, qaydalara riayət etmək şərti ilə bu gündən etibarən iş yerləri yenidən fəaliyyətə başlayıb.

Masalar və stullar arasındakı məsafə qaydasına riayət etmək şərti ilə yemək və içmə yerlərinin qapalı və açıq yerlərində eyni vaxtda eyni masada ola biləcək insanların sayına məhdudiyyət tətbiq edilməyəcəkdir.

Nikah və toy mərasimləri, canlı musiqi performansı da daxil olmaqla musiqi icrası, saat 24.00-ə qədər sərbəst olacaq.

Şəhər və şəhərlərarası bütün ictimai nəqliyyat vasitələrində tutum məhdudiyyətləri sona çatıb.

Dövlət müəssisə və təşkilatlarında normal iş qaydasına qayıdılıb.

Xəbəri paylaş

VİDEOLAR