Türkiyə: Biz S400-lə bağlı ABŞ-dan icazə alan deyilik...

Türkiyə: Biz S400-lə bağlı ABŞ-dan icazə alan deyilik...

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Rasthaber Azərbaycan RT-a istinadən xəbər verir ki, Türkiyə S-400-lərin ikinci partiyasının tədarükü ilə bağlı ABŞ-dan icazə almaq niyyətində deyil.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, Co Baydenin ABŞ prezidenti kürsüsünə keçəndən sonra Ankaranın S-400 ilə bağlı məsələləri Vaşinqtonla müzakirə etməyə davam edəcəyini təsdiq edib.

“Milli müdafiə ilə bağlı addımlarımızı heç bir ölkə müəyyən etməyəcək, onlar bizim şəxsi qərarlarımızdan asılıdır… Baydenin nə deyəcəyini bilmirəm, amma biz istənilən halda heç kimdən heç bir icazə almayacağıq”, – deyə o qeyd edb.

Ərdoğan əlavə edib ki, yanvar ayının sonunda Rusiya ilə S-400-lərin ikinci partiyasının tədarükünə dair danışıqlar baş tutacaq.

Xəbəri paylaş

VİDEOLAR