5.11.2021 10:22:48
Türkiyə bir çox aktual məsələlərə dair, o cümlədən Suriya, Liviya və Qarabağdakı vəziyyətlə bağlı Rusiya ilə sıx əlaqədədir.
Az.rasthaber.com "Sputnik Azərbaycan"-a istinadən xəbər veri ki, bunu Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, iki ölkənin mövqelərində fərqlər var, lakin tərəflər milli maraqlardakı həssas məqamları nəzərə almaqla konstruktiv dialoq istiqamətinə sadiqdirlər.
Cənubi Qafqazda vəziyyətə toxunan nazir bildirib ki, adıçəkilən regionda dəyişikliklər və yeniliklərə ümid yaranıb.
"Azərbaycanın işğal olunmuş torpaqları azad olunduqdan sonra bölgədə uzunmüddətli sülh üçün tarixi imkan yaranıb", - deyə türkiyəli diplomat qeyd edib.
Çavuşoğlu onu da deyib ki, Ankara Yerevanla münasibətlərin normallaşdırılmasına hazırdır.
"Biz ümidvarıq ki, Ermənistan bölgədə sülh və inkişaf bu imkandan yararlanacaq", - deyə Türkiyə XİN rəhbəri qeyd edib.