Türkiyə Yeni Zelandiyada 2 məscidə etdiyi silahlı hücumda 51 nəfəri şəhid edən Brenton Tarrantın ömürlük cəzaya məhkum edilməsini məmnuniyyətlə qarşılayıb.
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, qərarla əlaqədar Xarici İşlər Nazirliyinin verdiyi yazılı açıqlamada bildirilib ki, 15 mart 2019-cu il tarixdə Yeni Zelandiyanın Kraystçörç şəhərindəki iki məsciddə törədilən terror aktında Türkiyə vətəndaşları Zekeriya Tuyan da daxil olmaqla 51 nəfərin öldüyü, yenə Türkiyə vətəndaşları Mustafa Böztaş və Temel Ataçocuğun aralarında olduğu 40 nəfər yaralanıb.
Qurbanları bir daha rəhmətlə yad edirik və onları qətlə yetirilən terrorçunun ömürlük həbsə məhkum edilməsini məmnuniyyətlə qarşıladıq.
Məhkəmə qərarı, beynəlxalq ictimaiyyətin İslamofobiya, ksenofobiya, irqçilik və nifrətdən qaynaqlanan bütün ideologiya və hərəkətlərə qarşı ortaq mübarizəsinin zəruriliyini bir daha xatırlatdı.
Türkiyə hər cür ayrıseçkiliyə qarşı qərarlı və prinsipial mövqeni bundan sonra da güzəştə getmədən davam etdirəcəkdir.