SunExpress” şirkətinin yüksək səviyyəli vəzifəlisi Max Kovnatzki deyib
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki,Türkiyə ilə Almaniya arasında “hava körpüsü” rolunu üzərinə götürən “SunExpress” şirkətinin yüksək səviyyəli vəzifəlisi Max Kovnatzki Türkiyənin yeni növ koronavirus (Covid-19) epidemiyası prosesində tətil üçün “qətiyyətli olaraq etibarlı yer olduğunu” söyləyib.
Kovnatzki xarici işlər naziri Mövlud Çavuşoğlu ilə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun Almaniyaya səfərindən əvvəl turizm və aviasiya sahələri ilə bağlı açıqlamalar verib.
Maks Kovnatzki “SunExpress”in “Covid-19” pandemiyası ilə əlaqədar səyahət məhdudiyyətlərinin ləğvindən sonra tədricən İzmir, Ankara və Antaliyadan beynəlxalq reyslərə başlandığını xatırladıb.
Reyslərə maraq və tələbatın gözləntilərinin üzərində olduğunu ifadə edən Kovnatzki “Həm daxili, həm də beynəlxalq reyslərdə sərnişin sayında ciddi bir artım müşahidə edirik. Sərnişinlərimizin də bizim qədər uçmaq üçün darıxdıqlarını və bizə etibar etdiklərini görmək sevindiricidir” deyə bildirib.
Kovnatzki Türkiyə hökumətinin prosesin ən başından bəri şəffaf ünsiyyət yolu ilə mövcud vəziyyəti və əldə edilmək istənən hədəfin nə olduğunu beynəlxalq ictimaiyyətlə bölüşdüyünü vurğulayıb.
Türkiyənin böhrana qarşı davamlı, çətin prosesdən daha da güclənərək çıxan ölkə olduğunu qeyd edən Kovnatzki ölkənin güclü olduğu qədər, eyni zamanda bənzərsiz bir turizm potensialı və peşə infrastrukturu olduğunu deyib.
Kovnatzki “Covid-19″dan sonra baş verən səyahət tendensiyalarına görə, Avropanın bir çox bölgəsində iqtisadi fəallığın vaxt tələb edəcəyini qeyd edərək bildirib ki, böhranın qalibi iqtisadi cəhətdən səmərəli və təhlükəsiz, gigiyenik və uyğun maliyyət qarşısında yüksək dəyərlər təqdim ödən ölkələr olacaq.
Kovnatzki “Əminəm ki, Türkiyə də bu böhrandan uğurla çıxan ölkələr sırasında olacaq” deyib.
Kovnatzki bildirib: “Türkiyəni Avropada tanıdan bir reklam kampaniyasına başladıqları diqqət çəkib: “Mən də daxil olmaqla insanlar karantin dövründə həqiqətən darıxdılar. Artıq gözəl bir çimərlikdə uzanıb istirahət etmək istəyirlər. Türkiyə bu xəyalın gerçəkləşməsi üçün doğru yerdir. Həm Türkiyə turizminin, həm də şirkətimizin keçmişdə olduğundan daha güclü mövqeyə qovuşacağından şübhə etmirik”.