Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Səfir Tanju Bilgiç bunu açıqlayıb
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Səfir Tanju Bilgiç mövzu ilə əlaqədar ünvanlanan suala yazıl cavabında: “Kıbrıs Türk xalqını görməməzlikdən gələn, faktlardan uzaqlaşan və yalnız Kıbrıs Rum icmasının fikirlərini əks etdirən bu və buna bənzər ifadələr Türkiyə üçün heç bir məna vermir və dəyərsizdir.
Aİ-nin bu qərəzli mövqeyi heç bir problemin həllinə töhvə verməz. Alyansın tərəfli açıqlamasını qınayırıq. Türkiyə, Kıbrıs məsələsinin həlli və Maraşın açılması ilə əlaqədar olaraq Kipr Türk Cumhuriyeti (KTR) səlahiyyətliləri tərəfindən qəbul edilən qərarlara dəstək verməkdə davam edir. Maraşın açılması KTR hökumətinin qəbul etdiyi qərardır. Aİ 2004 -cü ildə Annan Planından sonra Kıbrıs Türk xalqına verdiyi vədləri yerinə yetirməli və KTR-na müraciət etməyi öyrənməlidir”, -deyə bildirib.