Bu barәdә Türkiyәnin Fövqәladә Hallar İdarәsinin (AFAD) rәsmi ‘‘Twitter’’ sәhifәsindә edilәn paylaşımda bildirilib.
Rasthaber trthaber-ə istinadən xəbər verir ki, Banqladeşdә rohinca müsәlmanlarının yaşadığı qaçqın düşәrgәsindә baş verәn yanğın zamanı yanan Türkiyәnin modul xәstәxanasının yenidәn xidmәt göstәrmәsi üçün bölgәyә gedәn qruplar tikinti işlәrinә başlayıb.
Bu barәdә Türkiyәnin Fövqәladә Hallar İdarәsinin (AFAD) rәsmi ‘‘Twitter’’ sәhifәsindә edilәn paylaşımda bildirilib.
Paylaşımda deyilir: ‘‘Banqladeşdә rohinca müsәlmanlarının yaşadığı düşәrgәdә baş verәn yanğın zamanı zәrәr görәn Türkiyәnin modul xәstәxanası vә evlәri bәrpa etmәk üçün bölgәyә gedәn qruplar tikinti işlәrini davam etdirir’’.
Qeyd edәk ki, keçәn hәftә rohinca müsәlmanlarının yaşadığı düşәrgәdә baş verәn yanğın nәticәsindә 15 nәfәr hәyatını itirmişdi.