Türkiyə Ordusu anti-terror əməliyyatı keçirib
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, İraqın şimalındakı Qara bölgәsindә davam edәn ‘‘Pәncә Qartal-2’’ әmәliyyatı nәticәsindә 33 terrorçu zәrәsizlәşdirilib.
Türkiyə Milli Müdafiә Nazirliyindәn verilәn bәyanatda fevralın 10-da başlayan ‘‘Pәncә Qartal-2’’ әmәliyyatının qәtiyyәtlә davam etdirildiyi bildirilib.
Әmәliyyat nәticәsindә 33 terrorçunun zәrәsizlәşdirildiyi vә terrorçulara mәxsus 50-dәn çox hәdәfin mәhv edildiyi vurğulanıb.