Türkiyə - ABŞ əlaqələri tam pozula bilər

Türkiyə - ABŞ əlaqələri tam pozula bilər

Bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay deyib.

Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyənin Rusiyadan S-400 alması ilə bağlı vəziyyət Ankara və Vaşinqton arasında münasibətlərin bütövlükdə pozulması ilə nəticələnə bilər.

Bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay deyib.

Onun nöqteyi-nəzərincə, Türkiyənin olduğu regionda “açıq-aydın raket təhdidi” qalmaqdadır. Bununla bağlı və “müttəfiqlər, o cümlədən də ABŞ tərəfindən alternativ təkliflərin olmaması” səbəbindən Türkiyə “S-400 sistemlərinin alışı ilə bağlı müstəqil qərar qəbul etdi”.

“ABŞ administrasiyası bu fakt barədə çox yaxşı bilir. Bu, (ABŞ) prezident(i Donald) Tramp tərəfindən də dəfələrlə etiraf edilib”, – deyə o bildirib.

“Deməli, biz (Türkiyə və ABŞ – red.) bu məsələ ilə bağlı öz dialoqumuzu davam etdirməli və onilliklərlə davam edən əlaqələrimizlə bir araya sığa bilən şəkildə ziddiyətləri aradan qaldırmalıyıq. Əks halda bu, bizim münasibətlərimizi ümumilikdə pozmağa davam etməklə yanaşı, ABŞ-ı hərbi sənayedə etibarlı həmkar kimi qəbul etməyimizə də təsir edəcək”, – deyə Oktay qeyd edib.

O, mövcud vəziyyətin bütün məsuliyyətinin ABŞ tərəfində olduğunu vurğulayıb.

“Bu çıxılmaz vəziyyət Vaşinqtondakı müəyyən siyasi dairələrin bizim strateji alyansımızın bütün əhəmiyyətini, həmçinin Türkiyənin regional və qlobal sabitliyə olan töhfəsini tam şəkildə dərk edə bilməmək bacarıqsızlığının birbaşa nəticəsidir”, – deyə vitse-prezident əlavə edib.

Bundan başqa, o deyib ki, Ankaranın fikrincə, ABŞ və Türkiyənin hərbi-texniki əməkdaşlığı pisləşir.

“Pisləşməkdə olan ikitərəfli hərbi-texniki əməkdaşlıq böyük narahatlığa səbəb olur”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, ABŞ-ın Türkiyəni 5-ci nəsil F-35 qırıcı-bombardmançıılarının istehsal proqramından xaric etmə qərarı da münasibətləri korlayır. Türkiyəli rəsmi hələ Kiprə silah tədarükünə qoyulan embarqonun ABŞ tərəfindən qismən götürülməsinə toxunmadığını əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR