ABŞ-ın təkrar-təkrar xəbərdarlıqlarına baxmayaraq, Türkiyə Rusiyadan S-400 zenit raket komplekslərinin (ZRK) alışını davam etdirmək niyyətindədir.
Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CBS-a verdiyi müsahibədə bildirib.
“Gələcəkdə heç kim bizim hansı sistemləri, hansı ölkədən, hansı səviyyədə aldığımıza qarşı bilməyəcək. Heç kəs buna mane ola bilməyəcək. Bu cür qərarları qəbul edən yalnız bizim özümüzük”, – deyə o qeyd edib.
Qərbin sanksiyalarına baxmayaraq, Ankaranın bu sistemlərin alışını davam etdirib-etdirməyəcəyinə dair suala Ərdoğan bu cür cavab verib: “Əlbəttə, əlbəttə ki, bəli”.