Türkiyə: 711 terrorçu zərərsizləşdirilib

Türkiyə: 711 terrorçu zərərsizləşdirilib

Türkiyənin Şanlıurfa valiliyindən bu barədə məlumat yayılıb.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Suriyanın cənub sərhəd bölgəsində terror dəhlizi açılmasının qarşısını almaq, sülh və əmin-amanlığı bərpa etmək məqsədiylə 9 Oktyabr 2019 tarixində YPG / PKK və İŞİD terror təşkilatlarına qarşı başladılan “Sülh Bulağı” əməliyyatının qısa müddət ərzində uğurla tamamlandığı xatırladılan açıqlamada terrora qarşı mübarizənin davam etdiyinə diqqət çəkilib və bir il ərzində 711 terrorçunun zərərsizləşdirildiyi qeyd edilib.

Açıqlamada bildirilib ki, Rəsulaynda uzunluğu 27 kilometr olan 303 tunel və Tel Abyadda uzunluğu 150 ilə 600 metr olan 21 tunel dağıdılıb.

Terror təşkilatı PKK / YPG-yə məxsus 1 ton 257 kiloqram partlayıcı maddə ələ keçirilib.

Çox sayda silah-sursat müsadirə edilmib.

Xəbəri paylaş

VİDEOLAR