Türkiyə həbs etdiyi 11 İŞİD terrorçusunu Fransaya deportasiya edib
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyə həbs etdiyi 11 İŞİD terrorçusunu Fransaya deportasiya edib.
Bu gün 9 dekabrda 9 Fransa vətəndaşı təyyarə ilə ölkələrinə qaytarılıb.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bir həftə öncə bu barədə açıqlama vermişdi.
Qeyd edək ki, bir sıra Avropa ölkəsi İŞİD üzvü olan vətəndaşlarını geri göndərilməsinə qarşı çıxırlar. Onlar terrorçuların cinayət etdiyi ölkələrdə mühakimə olunmalarını istəyirlər. Fransa isə bu ölkələr siyahısında deyil.