Türkiyə 1 İyundan uçuşlara başlayır

Türkiyə 1 İyundan uçuşlara başlayır

Türkiyə nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bu haqda açıqlama verib

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki,  Türkiyə nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu 1 iyundan başlayaraq hava yolunda daxili xətt uçuşlarının başlanacağını bildirib.

  A.Karaismailoğlu sözügedən mövzu ilə bağlı deyib: “İlk uçuşlar İstanbuldan Ankara, İzmir, Antaliya və Trabzona olacaq. Digər uçuşlara isə mərhələli şəkildə keçiləcək”.

  Korona virusu (Covid-19) epidemiyası ilə bağlı uçuşlarını təxirə salan Türkiyə Hava Yolları (THY) da səyahət məhdudlaşdırmasının aradan qaldırılmasından sonra ilk uçuşunu 1 iyun bazar ertəsi günü səhər saat 10.00-da İstanbuldan paytaxt Ankaraya gerçəkləşdirəcək.

  Rəsmi “twitter” ünvanından məlumat paylaşan THY mətbuat müşaviri Yəhya Üstün bildirib: "Bu qədər həsrət yetər! 1 iyundan yenidən aid olduğumuz yerdə - səmada olacağıq".  

  Qeyd edək ki, ilk uçuşda nəqliyyat və infrastruktur naziri Karaismailoğlu da iştirak edəcək.

Xəbəri paylaş

VİDEOLAR