Türk Şurası və ÜST memorandum imzaladı

Türk Şurası və ÜST memorandum imzaladı

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) .və Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionu üzrə ofisi arasında anlaşma memorandumu imzalanıb.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) .və Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionu üzrə ofisi arasında anlaşma memorandumu imzalanıb.

ÜST-ün Avropa  üzrə regional direktoru Hans Kluqe və Türk Şurasının Baş katibi Bağdad Amreyev arasında görüntülü görüş keçirilib.

Anlaşma memorandumunun imzalandığına dair məlumatı ÜST-ün Avropa üzrə regional direktoru Hans Kluqe "Twitter"də bildirib.

Memorandum peyvəndlər, fövqəladə hallar və innovasiyalar sahəsində texniki əməkdaşlıq və dəstək, ictimai səhiyyə sahəsində informasiya mübadiləsi, psixi sağlamlığın, uşaqların sağlamlığının və miqrantların sağlamlığının təbliği və ona dəstək istiqamətlərini əhatə edir.

Memorandumu ÜST-ün Avropa  üzrə regional direktoru Hans Kluqe və Türk Şurasının Baş katibi Bağdad Amreyev imzalayıb.

Amreyev bu sənədin gələcəkdəki əməkdaşlığın qanuni əsasını təşkil edəcəyini ifadə edib. 

Kluqe də Türk Şurası ilə əməkdaşlıq etməkdən böyük məmnuniyyət duyduqlarını bildirərək, İstanbulda açılan və Avropa bölgəsindəki 53 ölkəni əhatə edən ÜST Ofisi vasitəsilə də əməkdaşlıq imkanlarının inkişaf etdiriləcəyini, gələcək dövrdə Türk Şurası ilə ÜST arasında müxtəlif birgə layihələrin həyata keçiriləcəyini söyləyib.

Xəbəri paylaş

VİDEOLAR