Türk Ordusu PKK-nın 1458 üzvünü zərərsizləşdirib - VİDEO

Türk Ordusu PKK-nın 1458 üzvünü zərərsizləşdirib - VİDEO

Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu haqda bildirib

  Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar 1 yanvardan bu günə qədər İraq və Suriyanın şimalındakı əməliyyatlarda bölücü terror təşkilatı PKK-nın 1458 üzvünün zərərsizləşdirildiyini bildirib.

  Türkiyə Silahlı Qüvvələri (TSQ) Komandanlıq Səviyyə və 10-cu Tanker Baza Komandanlığı, sonra 12-ci Hava Nəqliyyatı Əsas Baza Komandanlığına baş çəkən H.Akar 222-ci Donanma Komandanlığına gedib və hərbi personalla bayramlaşıb.

Burada etdiyi çıxışında nazir terrorla mübarizənin sürətinin azalmadığını vurğulayaraq deyib: "1 yanvardan bu günə qədər İraq və Suriyanın şimalındakı əməliyyatlarda bölücü terror təşkilatı PKK-nın 1458 üzvünün zərərsizləşdirilib. Türkiyə Silahlı Qüvvələri bu mübarizəi ən son terrorçu zərərsizləşdirilənə qədər əzm və rəşadətlə davam etdirəcək... Suriyanın İdlib bölgəsində isə 5 martda Rusiya ilə varılan razılaşmadan sonra təmin edilən atəşkəs və sabitliyin qalıcı olmasına səy göstərməkdəyik.”

Xəbəri paylaş

VİDEOLAR