Turkish Airlines” iyulun 1-dən etibarən beynəlxalq uçuşları bərpa edir.
Rasthaber Azərbaycan "NewsBureau"a istinadən xəbər verir ki, şirkətin yenilənən uçuş cədvəlində Gürcüstan da yer alıb.
Aviaşirkət həftədə 7 dəfə İstanbuldan Tbilisiyə uçuşlar yerinə yetirəcək.
Türkiyəyə gedən əcnəbilər sərhəddə tibbi yoxlama, bəzi hallarda koronavirus testindən keçiriləcəklər.
“Türk Hava Yolları”nın uçuş qrafikinə dəyişikliklərin ediləcəyi mümkündür.