Türk diplomat Həzrəti Əbəlfəzlin (ə) hərəmini ziyarət edib

Türk diplomat Həzrəti Əbəlfəzlin (ə) hərəmini ziyarət edib

Türkiyə Cümhuriyyəti Səfirliyi tərəfindən Nəcəfül-Əşrəfdə açılan Viza Müraciət Mərkəzinə məsul diplomat Cafer Olcay Karakaş Həzrəti Abbasın (ə) hərəminin ziyarətçilərə göstərdiyi xidmətləri yüksək qiymətləndirib.

Az.rasthaber.com xəbər verir ki, Türk diplomat bildirib:

Həzrəti Abbasın (ə) hərəmində çalışan heyət görkəmli xidmətlər göstərir.

Bunu etmək çətindir, çünki milyonlarla insan bu müqəddəs yerə gəlir, lakin buna baxmayaraq, onlar keyfiyyətli və möhtəşəm xidmət göstərirlər.

İnsanlara gözəl mənəvi hal bəxş edən və nurani atmosferlə dolu bu yerdə olduğum üçün özümü çox məmnun və seçilmiş hiss edirəm."

Qeyd edək ki, Karakaş ötən həftə Həzrəti Əbəlfəzl Abbasın (ə) hərəmini ziyarət etdikdən sonra hərəmin bir qrup məsul işçisi ilə görüşüb, müqəddəs ziyarətəgahın ziyarətçilərə və Kərbəla əhalisinə xidmət etmək üçün hazırladığı layihələr haqqında məlumat alıb.

Xəbəri paylaş

VİDEOLAR