İranın İsrailə cavab olaraq hücum əməliyyatlarının həcmi hərbi senzura ilə gizlədilir
Az.rasthaber.com xəbər verir ki, buna baxmayaraq sosial media və bəzi telekanallar İsrailə endirilən raket hücumunun ağır olduğunu bildirir.
İsraildə TRTHABER-in xüsusi müxbiri Mücahid Aydemir canlı yayımda bu barədə məlumat verib.
O İran hücumları zamanı Müdafiə Nazilriyi, Hərbi Kəşfiyyata bağlı Elektron və Siber qurumun binasının hədəfə aldığını bildirib.
"Bu hücumlarla bağlı video və foto çəkməyə icazə vermirlər. Ancaq bir hissədən yayım edə bilirik. Buna baxmayaraq hazırda İsrailin ən bahalı və önəmli məhəllələrindən birinin böyük dağntılarını sizə göstəririk. Gördüyümüz kimi İsraillilər Qəzzalıların 20 aydır yaşadıqlarını hiss etməyə başladılar. Raketlərin qarşısı alınsada, bir hissəsi hədəflərə dəqiq dəyib. Düşünürüm ki, bu uzun müddətli bir müharibə olacaq. Bu da israillilərin komfort həyatlarının sona çatdığını göstərir."
Mücahid Aydemir bildirir ki, burda insanlar (İsraildə) İranın yavaş-yavaş hücumun həcmini artıracağını düşünür.
Qeyd edək ki, İsrail hərbi senzurası İranın hücumlarının həcmi, nəticələri və buraxdıqları dağıntıların yayımlanmasını qadağan edib və həssas bölgələrdə video çəkən 4 nəfər artıq həbs olunub.