Trampın müsəlmanlarla bağlı qərarı ABŞ-ı həkimlərdən məhrum edəcək

Trampın müsəlmanlarla bağlı qərarı  ABŞ-ı həkimlərdən məhrum edəcək

Qadağalardan sonra həkimlər ABŞ-a gələ bilmir və tibbi ali məktəblərin müsəlman olan əcnəbi məzunlarının sayı 15% azalıb.

Rasthaber Azərbaycan “The Arab Weekly”-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın immiqrasiya siyasətinin nəticəsində ölkədə müsəlman ölkələrindən olan həkimlərin sayı azalmağa başlayıb və bu, ABŞ səhiyyə sistemi üçün ciddi təhlükədir.

Amerika Tibbi Assosiyasiyası jurnalındakı araşdırmaya əsasən, Trampın “müsəlman qadağası” kimi məşhurlaşmış siyasətinə görə bir sıra ölkələrdən olan gələcəyin həkimləri də ABŞ-a gələ bilmir və tibbi ali məktəblərin müsəlman olan əcnəbi məzunlarının sayı 15% azalıb.

Bunsuz da ABŞ-da həkim çatışmazlığı var, müsəlman-mühacirlər isə ölkədəki tibb işçilərinin əhəmiyyətli hissəsini təşkil edir, odur ki, mütəxəssislər Trampın islamofob siyasətini ABŞ səhiyyəsi üçün təhlükəli hesab edirlər. (shafaqna)

Xəbəri paylaş

VİDEOLAR