Trampın müşavirindən açıqlama: ABŞ İrana məğlub oldu - SƏBƏB

 Trampın müşavirindən açıqlama: ABŞ İrana məğlub oldu - SƏBƏB

Bunu Robert O`Brayen səsləndirib.

Rasthaber Azərbaycan Usa Today-a istinadən xəbər verir ki, ABŞ İrana qarşı silah embarqosunun uzadılmasına nail olmaq cəhdində məğlubiyyətə uğrayıb.

Bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O`Brayen səsləndirib.

“Biz bu gün məğlubiyyətə uğradıq, lakin bu, hələ son deyil”, – deyə o bildirib.

ABŞ-lı rəsmi Almaniya, Fransa və Böyük Britaniyanın BMT TŞ-da ABŞ-a dəstək verməkdən imtina etməsinin “məyus etsə də, təəccübləndirmədiyini” deyib.

Xatırladaq ki, 14 avqustda BMT Təhlükəsizlik Şurası ABŞ-ın İrana qarşı silah embarqosunun uzadılmasına dair qətnaməsini dəstəkləməyib.

Xəbəri paylaş

VİDEOLAR