Trampdan geri addım

Trampdan geri addım

ABŞ Prezidenti Donald Tramp hücum edənləri də sərt tənqid edib

ABŞ Prezidenti Donald Tramp tərəfdarlarının Konqres binasına basqınından sonra baş verənləri ilk dəfə "çirkin hücum" kimi xarakterizə edib.

Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, Tramp, hadisələrdə iştirak edənlərin cəzalandırılacağını deyib. 

Donald Tramp 20 yanvarda prezidentliyi problemsiz təhvil verəcəyini də açıqlayıb. 

Twitter tərəfindən paylaşım edə bilməməsi üçün tətbiq olunmuş 12 saatlıq blok götürüldükdən sonra Tramp video mesaj paylaşıb.

Video mesajda "zorakılıq edənlər ölkəmizi təmsil etmir və etdiklərinin əvəzini ödəyəcəklər" deyən Tramp vəzifəni 20 yanvarda "heç bir problem olmadan" Joe Biden-ə təhvil verəcəyini sözlərinə əlavə edib.

"Tərəfdarlarımın məyus olduqlarını bilirəm, amma qeyri-adi səyahətimiz yeni başlayır," - Tramp deyib və videoda da konsensus mesajı verib.

Donald Tramp-ın yanvarın 7-də Vaşinqtonda minlərlə tərəfdarına müraciətindən sonra Konqresdə baş verənlər onun vəzifəsinə son verilməsinin və mühakimə olunmasının mümkün olub-olmadığını yenidən gündəmə gətirib.

Bəzi senatorlar Tramp tərəfdarlarının Konqresə hücumundan sonra onun 20 yanvar tarixindən əvvəl istefasını tələb ediblər.

Tramp yanvarın 20-də yerini ABŞ-ın 46-cı Prezidenti seçilmiş Joe Biden-ə təhvil verəcək.

ABŞ-ın bəzi nüfuzlu qəzetləri məqalələrində Trampın vəzifədən uzaqlaşdırılmalı olduğunu yazıb.

Donald Trump iki yolla istefaya göndərilə bilər. Bunlardan birincisi, Amerika Konstitusiyasının 25-ci maddəsinin icrası ilə Trampın impiçmenti, ikincisi isə Trampın vəzifəsindən kənarlaşdırılmasıdır.

Xəbəri paylaş

VİDEOLAR