Tramp yenə Boltonu hədəfə aldı: Yalançıdır, xəstədir

Tramp yenə Boltonu hədəfə aldı: Yalançıdır, xəstədir

Xatırladaq ki, daha öncə Tramp Boltonu “kinli axmaq” adlandırmışdı.

Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ prezidenti Donald Tramp özünün milli təhlükəsizlik üzrə müşaviri Con Boltondan “istifadə etdiyini” deyib.

Jurnalist Trampa Boltonun kitabında yazdığı “Tramp Si Tsinpinin uyğurları konslagerlərə yerləşdirmə qərarını təqdir edib” məsələ barədə sual verib.

“O, yalançıdır, sadəcə xəstə adamdır. Mən onu təyin etdim, hamı isə deyirdi ki, mən bunu etməyim, çünki onun başında problem var. Mən bunu etdim və düzünü desəm, ondan istifadə etdim”, – deyə Tramp cavab olaraq bildirib.

Tramp əlavə edib ki, hər dəfə Boltonla birlikdə otağa daxil olanda bilirdi ki, bu yolla danışıqlardan qalib ayrılacaq.

“Çünki hamını düşünməyə başlayırdı ki, mən müharibə istəyirəm… Mən indi anlayıram ki, nəyə görə Yaxın Şərqdə peyda olduq. Çünki onun bunda əli var”, – deyə o qeyd edib.

Xatırladaq ki, daha öncə Tramp Boltonu “kinli axmaq” adlandırmışdı.

Xəbəri paylaş

VİDEOLAR