Tramp tərəfdarları ilə polis arasında toqquşma baş verdi

Tramp tərəfdarları ilə polis arasında toqquşma baş verdi

Vaşinqtondakı nümayiş zamanı ABŞ prezidenti Donald Trampın tərəfdarları ilə polis qüvvələri arasında toqquşma baş verib.

Rasthaber Azərbaycan Usa Today-a istinadla verdiyi xəbərə görə, Konqresdə Co Baydenin prezident seçkilərində qələbəsinin təsdiqi ərəfəsində yüzlərlə Tramp tərəfdarı küçələrə çıxaraq Baydenin mübahisəli ştatlardakı qələbəsinin tanınmasına etiraz edib.

Əvvəlcə nümayiş sakit məcrada keçsə də, sonradan hüquq mühafizə qüvvələri və Tramp tərəfdarları arasında gərginlik yaşanıb. Polis bibər qazından istifadə edib, 6 nəfər saxlanılıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp seçkilərdə Co Baydenə məğlubiyyəti ilə barışmayaraq, demokratlara “cəhənnəm savaşı” yaşadacağına dair vəd verib.

Xəbəri paylaş

VİDEOLAR