Tramp əsəbləşdi: İnsanlar COVID-dən yorulublar

Tramp əsəbləşdi: İnsanlar COVID-dən yorulublar

O ölkəsinin səhiyyə rəhbərlərini axmaq adlandırıb

Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ prezidenti Donald Tramp səhiyyə rəhbərliyini, o cümlədən də baş infeksiyonist Entoni Fauçini sərt şəkildə tənqid edib.

“İnsanlar COVID-dən yorulublar. İnsanlar deyirlər: Nə olur, olsun. Təkcə bizi rahat buraxın”. İnsanlar Fauçi və bütün bu axmaqları dinləməkdən beziblər”, – deyə o qeyd edib.

Trampın sözlərinə görə, əgər ABŞ Fauçinin məsləhətlərinə qulaq assa idi, indiyə kimi koronavirusdan ölkədə 700-800 min insan ölərdi.

Ağ Ev başçısı baş infeksiyonistin fəaliyyətini faciəvi də adlandırıb.

Xatırladaq ki, ABŞ koronavirusun yayılmasına görə dünyada birinci yerdədir: 8 189 710 yoluxma, 3 234 183 sağalma, 219 950 ölüm halı.

Xəbəri paylaş

VİDEOLAR