Tramp Rusiyaya kiberhücuma icazə verdiyini açıqladı

Tramp Rusiyaya kiberhücuma icazə verdiyini açıqladı

Rusiyanın İnternet Araşdırmalar Agentliyinə (İAA) edilən kiberhecuma icazədən söhbət gedir

Rasthaber Azərbaycan ABŞ mediasına istinadən xəbər verir ki, 2018-ci ildə Rusiyanın İnternet Araşdırmalar Agentliyinə (İAA) edilən kiberhecuma ABŞ prezidenti Donald Tramp icazə verib.

Məsələ ilə bağlı danışan Tramp bu kiberhücumu Rusiya ilə daha geniş mübarizə siyasətinin bir hissəsi adlandırıb və əlavə edib ki, onun qədər “heç kəs Rusiya ilə daha sərt olmayıb”.

Onun sözlərinə görə, məlum kiberhücuma icazə qərarı 2018-ci ildə ABŞ-da keçirilən aralıq seçkilərinə Rusiyanın mümkün “müdaxiləsinə” dair kəşfiyyat məlumatları əsasında verilib.

Xəbəri paylaş

VİDEOLAR