Tramp Putinə dəstək verir

Tramp Putinə dəstək verir

Bu fikirləri ABŞ-ın BMT-dəki keçmiş səfiri və eks-prezident Barak Obamanın məsləhətçisi olmuş Suzan Rays səsləndirib.

Rasthaber Azərbaycan xəbər verir ki,  “The Hill” qəzeti maraqlı məqalə dərc edib. Məqalədə bildirilir ki,  ABŞ prezidenti Donald Trampın Əfqanıstanda Rusiya və “Taliban” terror təşkilatının arasında “əlaqələrin” olmasına dair iddialara verdiyi reaksiya göstərdi ki, Tramp Rusiya prezidenti Vladimir Putini dəstəkləyir, ABŞ qoşunlarını yox.

Bu fikirləri ABŞ-ın BMT-dəki keçmiş səfiri və eks-prezident Barak Obamanın məsləhətçisi olmuş Suzan Rays səsləndirib.

Biz artıq bilirik ki, hətta söhbət ABŞ hərbçilərinin qanından gedəndə belə, bu prezident Putini seçir, bizim qoşunlarımızı yox”, – deyə o qeyd edib.

O hesab edir ki, bundan başqa, Tramp prezident seçildiyi andan onun bütün hərəkətləri Rusiyaya xeyir edib.

Xatırladaq ki, NYT qəzeti Rusiya və “Taliban” terror təşkilatı arasında əlaqənin olduğunu iddia edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov yayılan iddiaları “cəfəngiyyat” adlandırıb.

ABŞ prezidenti Donald Tramp isə qəzetdəki məqaləni “sifarişli” adlandırıb.

“Taliban” rəsmisi də bildirib ki, “Taliban” bu iddianı qəti şəkildə təkzib edir. mənbə

Xəbəri paylaş

VİDEOLAR