Donald Tramp Texas ştatının Dallas şəhərində keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Konfransı çıxışında, Nensi Pelosinin Tayvana səfərinin Çinin xeyrinə bitdiyini bildirib.
Az.rasthaber.com Sputnik-ə istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu barədə şənbə günü bu konfransda deyib ki, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi uğursuzluğa düçar oldu.
Bu qadın məntəqədə xaosa səbəb olub. Onun Tayvana səfəri Çinin xeyrinə başa çatdı, çünki indi onların istədiklərini etməsi üçün bir bəhanəsi var.
Tramp sonda iddia edib ki, əgər prezident olsaydı, bu səfər heç vaxt baş verməzdi.