ABŞ prezidenti Donald Tramp eks-prezident Barak Obamanın administrasiyasını ölkə tarixinin ən rüşvətlə ələ alınmış administrasiyası adlandırıb.
Rasthaber Azərbaycan Usa Today-a istinadən xəbər verir ki, Tramp bu yolla Mişel Obamanın onun prezidentliyi ilə bağlı səsləndirdiyi tənqidə cavab verib.
“Obama və (ABŞ-ın keçmiş vitse-prezidenti Co) Bayden administrasiyası tarixin ən satqın administrasiyası olub”, – deyə Tramp bildirib.
O deyib ki, keçmiş administrasiya Trampın kampaniyasını güdərkən ifşa olunub və Tramp bu faktı ABŞ tarixinin ən böyük siyasi qalmaqalı adlandırıb.
Bundan başqa, Ağ Ev başçısı Obama rəhbərliyi zamanı baş verənləri xəyanət hesab edib. Tramp sonda tənqidinə görə Mişel Obamaya təşəkkür edib.
Xatırladaq ki, daha öncə Barak Obamanın həyat yoldaşı Mişel Obama bildirmişdi ki, Tramp ABŞ üçün uyğun prezident deyil. O qeyd edib ki, Trampın hərəkətləri “xaos, ziddiyətlərə” səbəb olub.