Tramp: Netanyahu Fələstinlə sülh istəmirdi

Tramp: Netanyahu Fələstinlə sülh istəmirdi

ABŞ-ın sabiq Prezidenti Donald Tramp İsrail rejiminin kçmiş baş naziri Benyamin Netanyahu barəsində açıqlama verib.

Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, o, verdiyi açıqlamada vurğulayıb ki, Benyamin Netanyahu fələstinlər ilə sülh edilməsini heç vaxt istəməyib.

"Mahmud Abbas sülhü daha çox istəyirdi. Netanyahun addımları səbəbilə sülh planını həyata keçirə bilmədik", - deyə Donald Tramp diqqətə çatdırıb.

Sabiq Prezident bundan əvvəl də Benyamin Netanyahunu özünə qarşı xəyanətdə ittiham etmişdi.

Xatırladaq ki, daha öncə Tramp Netanyahunu satqınlıqda ittiham edərək təhqir edib.

Xəbəri paylaş

VİDEOLAR