ABŞ prezidenti Donald Tramp maraqlı açıqlaması ilə gündəmə gəlib
Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bildirib ki, koronavirus pandemiyası ABŞ-da geri çəkilir.
Onun sözlərinə görə, ölkə rəhbərliyi “nəzərəçarpacaq irəliləyişin əlamətlərini görməyə” başlayır.
“Biz nəzərəcəçarpacaq tərəqqinin əlamətlərini görməyə başlayırıq. Ötən həftədən bütün ölkə boyu (koronavirusa yoluxma) hallarının sayı təxminən 6% azalıb… Əlavə də etməliyəm ki, virus geri çəkilir”, – deyə o qeyd edib.
Xatırladaq ki, ABŞ COVID-19 xəstəliyinə yoluxmada dünyada 1-ci yerdədir: 4,7 milyondan çox yoluxma, 150 mindən çox ölüm.